Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mourinyo azarkeşlərlə vidalaşarkən ağladı - VİDEO

Mourinyo azarkeşlərlə vidalaşarkən ağladı - VİDEO

Tarix: 18 Yanvar 2024 12:52

Portuqaliyalı mütəxəssis Joze Mourinyo "Roma" azarkeşləri ilə vidalaşarkən göz yaşlarını saxlaya bilməyib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bundan əvvəl Mourinyo İtaliya "Roma"sından qovulmasına münasibət bildirib.

Mourinyo sosial şəbəkələrdə "Tər, qan, göz yaşı, sevinc, kədər, sevgi, qardaşlar, tarix, ürək, əbədiyyət", yazıb.

Mourinyo 2021-ci ilin yayından "Roma"ya rəhbərlik edir. 2022-ci ildə "Roma" Konfrans Liqasının qalibi olub və 2023-cü ildə Avropa Liqasının finalına yüksəlib.

Onu "Roma"da keçmiş klubun futbolçusu Daniele De Rossi əvəzləyib.

İtaliya çempionatının 20 turundan sonra "Roma" 29 xalla 9-cu pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Mourinyo azarkeşlərlə vidalaşarkən ağladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ