Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aygünlə küsülü olduğu vaxtlardan danışan Namiq: ''Biz Moskvada...'' - VİDEO

Aygünlə küsülü olduğu vaxtlardan danışan Namiq: ''Biz Moskvada...'' - VİDEO

Tarix: 18 Yanvar 2024 13:10

Meyxanaçı Namiq Qaraçuxurlu keçmiş duet ortağı olan Xalq artist Aygün Kazımovadan danışıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, meyxanaçı "Magazin plus"a açıqlamasında Kazımova ilə yeni duetlər haqqında fikirləşdiyini bildirib.

Namiq açıqlaması zamanı Aygünlə heç vaxt küsülü olmadığını, həmin vaxtlar burada deyil də xaricdə toylarda bir duet oxuduqlarını deyib:

"Heç bir hadisə olmadı. Əvvəllər Bakıda bu qədər dəvət almırdıq. Biz Moskvada dəfələrlə çıxış edirdik. Sonra burada da bizə tələbat yarandı və getdik. Burada qeyri-adi heçnə yodur. İnsanlar əvvəl dəvət etmirdi, getmirdik. İndi dəvət edirlər gedirik".

Xatırladaq ki, Aygün və Namiq uzun illər duet ortağı olublar. Bir çox sevilən duetlərə imza atan məşhur ikili daha sonra bu iş birliyini qalmaqallı şəkildə sonlandırıb.

Milli.Az


Etiketlər:  Aygünlə küsülü olduğu vaxtlardan danışan Namiq Moskvada VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ