Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlk türk astronavt artıq kosmosda! - Elm nə qazanacaq?

İlk türk astronavt artıq kosmosda! - Elm nə qazanacaq?

Tarix: 19 Yanvar 2024 08:26

Xəbər verdiyimiz kimi, bu gün ilk türk astronavt Alper Gezeravcı Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, türk astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq.

Kosmos səyahət nəticəsində 13 fərqli elmi təcrübə aparılacaq. Mikroqravitasiya və kosmik mühitlərdə aparılan bu araşdırmalar insan genetikası və sağlamlığı, biologiya, materialşünaslıq, istehsal texnologiyaları, fundamental elmlər sahələrini əhatə edəcək. Təcrübələrin inteqrasiyası və adaptasiya işləri Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), "Axiom Kosmos" və NASA ilə koordinasiyalı şəkildə həyata keçiriləcək.

Milli.Az


Etiketlər:  İlk türk astronavt artıq kosmosda Elm qazanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ