Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mersində xeyli sayda İŞİD terrorçusu həbs edildi

Mersində xeyli sayda İŞİD terrorçusu həbs edildi

Tarix: 19 Yanvar 2024 12:38

Mersin polisi tərəfindən 16 yanvar tarixində həyata keçirilən anti terror əməliyyatı nəticəsində saxlanılan İŞİD terror təşkilatının yeddi şübhəli üzvündən beşi həbs edilib.

Milli.Az-ın TurkicWorld-un məlumatına görə, əməliyyat zamanı pul və terror təşkilatına aid bir sıra materiallar ələ keçirilib.

Məlumata əsasən, bir şübhəlinin axtarışları davam edir.

Xatırladaq ki, Mersin polisi tərəfindən yanvarın 16-da İŞİD terror təşkilatı üzvlərinin hərəkət və fəaliyyətlərinin deşifrə edilməsi işləri çərçivəsində doqquz şübhəlinin tutulması istiqamətində həyata keçirilən əməliyyatda yeddi şübhəlinin saxlanıldığı bildirilmişdi. Ünvanı tapılmayan iki şübhəlidən birinin isə yanvarın 12-də deportasiya edildiyi bildirilib.

Milli.Az


Etiketlər:  Mersində xeyli sayda İŞİD terrorçusu həbs edildi


RƏYLƏR