Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2024 18:30
İrana qarşı təhdidlərə cavab veriləcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bagir Qalibaf deyib.
"Terrorçuların qərargahını 1250 km məsafədən hədəfə almaq ölkəmizi təhdid edən hər kəsə mesaj idi. Sadəcə, raketlərin bucağını dəyişə bilərik", - Qalibaf bildirib.
Qeyd edək ki, 16 yanvarda SEPAH Pakistan ərazisində terrorçu saydığı "Ceyş ül-Ədl" qruplaşmasını raketlə vurub, nəticədə iki azyaşlı həlak olub. İraqın şimalında isə MOSSAD casusu saydığı şəxsin evinə 4 raket atıb, nəticədə 1 azyaşlı olmaqla, 5 nəfər ölüb.
SEPAH hədəfləri vurmaq üçün lazım olduğundan daha uzaqmənzilli raketlərdən istifadə etməsi ilə diqqət çəkib.