Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2024 18:46
Böyük Britaniya Müdafiə Nazirliyi ilk dəfə olaraq Şotlandiyanın Hebridean poliqonunda hava hədəflərinə qarşı "DragonFire" yönümlü enerji lazer silahı sistemini sınaqdan keçirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Gələcəyin qabaqcıl hərbi lazeri ilk dəfə Böyük Britaniyada sınaqdan keçirilib", - deyə məlumatda bildirilir.
Hökumət lazer topunun məsafəsini dəqiqləşdirməsə də, onun "görünən istənilən hədəfi" vura biləcəyini deyir:
"Dəqiqlik bir kilometr məsafədən 1 funt sterlinqlik sikkəni vurmağa bərabərdir".