Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şimali Koreyada iki gənc belə cəzalandırıldı - ŞOK SƏBƏB - FOTOlar

Şimali Koreyada iki gənc belə cəzalandırıldı - ŞOK SƏBƏB - FOTOlar

Tarix: 19 Yanvar 2024 20:30

Şimali Koreyada iki gənc Cənubi Koreya serialına baxdıqları üçün stadionda ictimaiyyət qarşısında cəzalandırılıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Qeyd olunub ki, KXDR-də qadağan edilən Cənubi Koreya seriallarına baxdıqları iddia edilən gənclər 12 il ağır işlərə məhkum ediliblər.

Şimali Koreyadan qaçan vətəndaşlarla işləyən Cənub və Şimal İnkişaf İnstitutunun BBC-yə təqdim etdiyi 2022-ci ilə aid görüntülərdə 16 yaşlı iki gəncin stadionda ictimaiyyətin gözü qarşısında qandallandığı yer alıb.

Məlumata görə, KXDR Cənubi Koreyanın film və musiqisini öz ideologiyalarına təhlükə kimi görür.

Milli.Az


Etiketlər:  Şimali Koreyada iki gənc belə cəzalandırıldı ŞOK SƏBƏB FOTOlar


RƏYLƏR