Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2024 21:24
Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ səfiri Kristina Kuin ilə qarşılıqlı əlaqəni müzakirə edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yanvarın 18-də ABŞ səfirinin dəvəti ilə Papikyan onunla işçi nahar edib:
"Həmsöhbətlər müdafiə və regional təhlükəsizlik sahəsində Ermənistan-Amerika əməkdaşlığını, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər".