Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu eyni anda üç mükafatın sahibi oldu - FOTOlar

Ronaldu eyni anda üç mükafatın sahibi oldu - FOTOlar

Tarix: 20 Yanvar 2024 12:48

"Ən-Nəsr" klubunun portuqaliyalı oyunçusu Kriştianu Ronaldu "Globe Soccer Awards" mükafatlarının təqdimetmə mərasimində üç mükafata sahib olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki,fevralın əvvəlində 39 yaşı tamam olacaq ulduz futbolçu "Yaxın Şərqdə ilin ən yaxşı oyunçusu" və "Azarkeşlərin versiyasına görə ilin ən yaxşı oyunçusu" seçilib.

Bundan əlavə, Kristianu Ronaldu 2023 təqvim ilinin ən yaxşı bombardiri kimi "Dieqo Maradona" mükafatını qazanıb.

Portuqaliyalı 54 qol vurub. Ötən ilin əvvəlindən Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxış edir və klubla hazırkı müqavilənin müddəti 2025-ci ilin ortalarına qədərdir.

Milli.Az


Etiketlər:  Ronaldu eyni anda üç mükafatın sahibi oldu FOTOlar


RƏYLƏR