Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2024 13:42
Misir milli komandasının kapitanı Məhəmməd Salah zədə səbəbindən Afrika Millətlər Kubokunun növbəti iki oyununu buraxacaq.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Misir Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Salah qrup mərhələsi çərçivəsində keçirilən Qana ilə matçda (2:2) zədələnib. Salah ilk hissənin sonlarında əvəzlənmək məcburiyyətində qalıb. Müayinə zamanı Salahın əzələsində problem olduğu məlum olub.
Beləliklə, Salah Kabo Verde ilə qrup mərhələsinin son oyununu buraxacaq. Misir 1/8 finala yüksələrsə, Salah həmin matçda da iştirak edə bilməyəcək.