Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AX-3 Dragon kapsulu Beynəlxalq Kosmik Stansiyaya çatıb

AX-3 Dragon kapsulu Beynəlxalq Kosmik Stansiyaya çatıb

Tarix: 20 Yanvar 2024 15:40

Türkiyənin ilk astronavtı Alper Gezeravcını və üç komanda yoldaşını Beynəlxalq Kosmik Stansiyaya aparan AX-3 Dragon kapsulu Beynəlxalq Kosmik Stansiyaya çatıb.

Milli.Az-ın TurkicWorld-un məlumatına görə, bu barədə Axiom Space məlumat yayıb.

Məlumata əsasən, BKS-ə gələn Ax-3 komandası 27 sentyabr 2023-cü ildə missiyasına başlayan 70 saylı Ekspedisiya astronavtı və kosmonavtları tərəfindən qarşılanacaq.

Qeyd edək ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.

Milli.Az


Etiketlər:  AX 3 Dragon kapsulu Beynəlxalq Kosmik Stansiyaya çatıb


RƏYLƏR