Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-də soyuq hava səbəbindən 61 nəfər ölüb

ABŞ-də soyuq hava səbəbindən 61 nəfər ölüb

Tarix: 20 Yanvar 2024 23:52

ABŞ-də bir həftədə Arktika soyuqları səbəbindən 61 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.

Ölüm hallarının əksəriyyəti Tennessi və Oreqon ştatlarında qeydə alınıb.

Daha əvvəl 47 ölüm faktı təsdiqlənmişdi.

Yanvarın 12-dən ABŞ-nin bir çox hissəsində sərt şaxtalı hava və qar yağışı höküm sürür.

Mərkəzi bölgələrdə temperatur mənfi 34,4 dərəcə olub.

Milli.Az


Etiketlər:  ABŞ soyuq hava səbəbindən 61 nəfər ölüb


RƏYLƏR