Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mayk Ceksonla bağlı "Instagram"da yayılan FOTO izləyiciləri “AYAĞA QALDIRDI”

Mayk Ceksonla bağlı

Tarix: 21 Yanvar 2024 16:50

Bütün dünyada Maykl Ceksonun pərəstişkarları kumirləri haqqında bioqrafik filmin premyerasını gözləyirlər.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, "Maykl" adlı filmin 2025-ci ildə ekranlara çıxacağı gözlənilir.

Əsas rolu pop kralı Cermeyn Ceksonun böyük qardaşının oğlu, 26 yaşlı Cəfər oynayıb.

Gənc də mərhum qohumu kimi həyatını səhnə ilə bağlayıb. O, 2019-cu ildə ilk sinqlını buraxıb. Məşhur əmisinin pərəstişkarlarını sevindirən də elə məhz Cəfər olub.

Maykl Cekson haqqında gələcək bioqrafik filmdən yeni kadr onun "Instaqram" sosial şəbəkə hesabında üzə çıxıb. Sözügedən post 24 saatdan az müddətdə 66 mindən çox bəyənmə və 3 mindən çox müsbət şərh toplayıb.

"Əminiz səninlə fəxr edərdi!", "Aman Allahım. Bu necə mümkündür? Təşəkkür edirəm, Cəfər!", "Səbirsizliklə gözləyirik!", "Bu, asan iş deyil, amma Cəfər əla iş gördü", "Əla oxşarlıq!", "Ümid edirəm ki, əminiz indi cənnətdən gülümsəyir", - deyə izləyicilər fikirlərini yazıb.

Bu isə sadəcə paylaşılan kiçik bir foto kadra gələn reaksiyadır. Filmin  premyerasından sonra nə olacaq,  təbii ki bunu zaman göstərəcək.

Qeyd edək ki, Maykl Cekson 2009-cu ildə 50 yaşında vəfat edib. Onun ölüm səbəbi kimi həkiminin verdiyi dərman kombinasiyasından ürəyinin dayanması göstərilib.

Milli.Az


Etiketlər:  Mayk Ceksonla bağlı Instagramda yayılan FOTO izləyiciləri AYAĞA QALDIRDI


RƏYLƏR