Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2024 08:22
"Dahi deyiləm, dörd aydan sonra nə olacağını deyə bilmərəm".
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasındakı çempionluq yarışından bəhs edərkən deyib.
"Mən yalnız ən yaxşı çözümlər və ideyaları tapmağa çalışıram. Bəzən işləyir, bəzən nəsə dəyişir. Ancaq indiki komanda haqqında yaxşı təəssüratlar tez bir zamanda formalaşıb. Görək, bütün bunlar işə yarayacaqmı. Biz düzgün istiqamətdə hərəkət etməliyik", - almaniyalı çalışdırıcı söyləyib.
O vurğulayıb ki, "insanlar bunun çempion ola biləcəyimiz anlamına gəldiyini düşünür":
"Hələ ki, belə deyil, amma heç kimin ona qarşı oynamaq istəmədiyi komandamız var. Hələ atmalı olduğumuz böyük addımlarımız var, lakin hər şey düzgün istiqamətdə gedir".
Xatırladaq ki, İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində "Liverpul" səfərdə "Bornmut"un öhdəsindən gələrək zirvədəki yerini bərkidib.