Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həyat yoldaşı anım günündə Tünzalədən yazdı: "Sənə qovuşmaq üçün..." - FOTO

Həyat yoldaşı anım günündə Tünzalədən yazdı:

Tarix: 22 Yanvar 2024 12:00

Bu gün "Toppuş bacı" ləqəbi ilə incəsənət aləminə silinməz iz qoyan Əməkdar artist Tünzalə Əliyevanın ölüm ildönümüdür. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, aktrisanın həyat yoldaşı Röyal sosial şəbəkədə paylaşım edərək, onunla bağlı xatirələrini dilə gətirib: 

Röyal yazır: 

"Bu gün kimi xatırlayram... Mənə zəng gəldi ki, qalxın yuxarı, həyatım boyunca unuda bilməyəcəyim söz... Saat 10-da onun ürəyi dayandı. Bir dəfə qaytardıq, saat 11-də isə dayandı qaytara bilmədik.

Bəzən düşünürəm ki, Rəbbim bəlkə də Tünzaləni bəzən oyadır, sual cavab edir, o an yəqin ki, düşünür ki, görəsən, Röyal məni unudub? Bir dəfə, bir dəfə də şansım olsaydı, Tünzaləyə demək istərdim ki, mən öncə Rəbbimə, sonra sənə qovuşmaq üçün yaşayıram. Səni ağlımdan bir gün belə çıxarmadım.

Qiyamətə qədər sənə əsla xəyanət etməyəcəyəm. Allahım şahid, "Qızımdan və məndən narahat olma" demək istərdim. Sonra özüm-özümə axı, o səni tanıyır, o səndən əmindir, deyirəm. 365 gün oldu, 33 yaşım var, amma tək son bir ilimin tam olaraq 365 günüdür. Günbəgün xatırlayıram, bu gün sənsiz qalmağımın 365 -ci günüdür. Tünzaləni ziyarətə gətdiyim zaman, bəzən qızımız Zəhra yorğun olur. Deyir ki, olar, bu gün anama deyəsən ki, Zəhra yorulub, gələ bilmədi, bu gün... Amma sabah gələcək.

Deyirəm ki, yaxşı, narahat olma, deyəcəyəm. Sən şanslısan ki, sənin sözünü anaya deyən biri var. Bəs, mənim sözümü kim desin. Onun üçün çox darıxıram. İnsan bir gün doğulur, bir gün də ölür. Mən bir gün doğuldum, amma hər gün ölürəm. Amma mən o şanslı insanam ki, mənim qəbrim indidən hazırdır, özü də sənin yanında. Bu ölümü mənə xatırlamaq üçün daha bir səbəbdir...". 

Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 2023-cü ilin yanvarın 22-də 49 yaşında dünyasını dəyişib. Cütlüyün Zəhra adında bir qız övladı var. O hazırda "Qara tikan" serialına çəkilir. Eyni zamanda Abdulla Şaiq adına Kukla Teatrında tamaşalarda kiçik rolları canlandırır. 

Milli.Az


Etiketlər:  Həyat yoldaşı anım günündə Tünzalədən yazdı Sənə qovuşmaq üçün FOTO


RƏYLƏR