Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kamil Zeynallı məşqçinin uşaqları döyməsindən danışdı - Heyrətamiz açıqlama

Kamil Zeynallı məşqçinin uşaqları döyməsindən danışdı - Heyrətamiz açıqlama

Tarix: 22 Yanvar 2024 16:04

Bakıda məşqçinin uşaqlarla davranışı müzakirələrə səbəb olub. 

Belə ki, sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, kürəyinə Elvin Səfərov yazılan köynək geyinmiş məşqçi idman zalında sıra ilə düzülmüş uşaqların ayaqlarına, bədənlərinə təpiklə ağır zərbələr endirir. Bu zərbələrdən yayınmaq istəyənlərin isə başına qapaz vurur.

Azərbaycanda məşqçinin uşaqlarla zorakı rəftarı narazılıq doğurdu: İdman, yoxsa işgəncə? VİDEO 
Uşaqlarla zorakı rəftar edən məşqçidən AÇIQLAMA: "Başına qapaz vurduğum iki nəfər..." - VİDEO 

Uşaqların reaksiyalarından hiss olunur ki, onlar bu zərbələrdən əziyyət çəkirlər.

Bəs görəsən, bu cür məşq prosesi normaldırmı? Məşqçi bu hərəkətlərlə azyaşlıların sağlamlığına zərər verə bilər?

Milli.Az bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış idmançı Kamil Zeynallı bunun normal olduğunu bildirib: 

"Həmin görüntülərə mən də baxmışam. Mən bunu normal qarşılayıram. Onlar tələbədir, tələbənin möhkəm olması üçün məşq zamanı arada belə hərəkətlər olmalıdır. Bu tələbənin dözümlülüyünü yoxlamaq üçün vacib məqamdır. Sözügedən idman döyüş növüdür, döyüş zamanı onsuz da sənə bu cür zərbələr dəyəcək. Belə zərbələr uşağa rinqdə dəyəndə sürpriz olmasın, dərhal oturub yerə çökməsin deyə, öncədən alışdırmalar edilir. Əvvəlləcədən uşaq zərbələrə öyrəşməlidir ki, rinqə çıxanda möhkəm olsun".

K.Zeynallı bildirib ki, övladını döyüş növünə yazdıran valideyn öncədən ağır məşqlərə hazır olmalıdır:

"Bu döyüş növüdür. Axı döyüş növündə sığal yoxdur. Məşqçi uşağa deyə bilməz ki, "başına dönüm, olar sənə zərbə endirim?". Bu idman növündə belə şeylər yoxdur. Valideyn də övladını idmana yazdıranda öncədən bilməlidir ki, onu hansı idman növünə yazdırır. Valideyn bilməlidir ki, burada övladına zərbə də dəyə bilər, özü zərbə də endirə bilər. Bu idmandır. Döyüş növündə uşaqla yüngül rəftar etmək olmaz. Uşağı öncədən hər şeyə hazırlamaq lazımdır. Sabah nəticə olmayanda valideyn gəlib məşqçinin üstünə düşəcək ki, niyə uşağımın nəticəsi yoxdur?! Niyə oğlum uduzur?! Belə məşqlər olmalıdır ki, uşağın nəticəsi olsun, o, möhkəm olsun". 

Milli.Az


Etiketlər:  Kamil Zeynallı məşqçinin uşaqları döyməsindən danışdı Heyrətamiz açıqlama


RƏYLƏR