Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Liderlik Məktəbində Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Liderlik Məktəbində Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Tarix: 12 Noyabr 2019 23:08

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılan və uğurla fəaliyyət göstərən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) nəzdində fəaliyyət göstərən Liderlik məktəbində Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirdə Ombudsmanın nümayəndələri Faiq Ağayev və Mahir Məmmədov, Liderlik Məktəbinin Bakı şəhərinin müxtəlif rayonlarının məktəblərində təhsil alan 100-dək üzvü, habelə müəllimlər və valideynlər iştirak ediblər.

Ombudsman Elmira Süleymanovanın 9 noyabr Dövlət Bayrağı Günü və 12 noyabr Konstitusiya günü münasibəti ilə iştirakçılara təbrikləri çatdırılıb.

M.Məmmədov Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci il 12 noyabr tarixində qəbul olduğunu, sonrakı dövrlərdə referendumlar (2002, 2009 və 2016-cı illər) nəticəsində insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının genişləndirilməsi və səmərəli təmininə zəmin yarandığını qeyd edib.

Ombudsmanın nümayəndəsi bu il ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi qəbul olunmuş, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda müstəsna yeri olan, ilk milli Konstitusiyamızın qəbul edilməsindən 24 il keçdiyini, habelə bu ali hüquqi qüvvəyə malik olan sənəddə dövlət quruculuğu tarixində ilk dəfə olaraq insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunduğunu söyləyib. Bu baxımdan məhkəmədənkənar hüquq müdafiə mexanizmi və müstəqil milli insan hüquqları institutu olan Ombudsman təsisatının fəaliyyətinin də məhz Konstitusiya Qanunu ilə tənzimləndiyini qeyd etməklə, bunun həm də dövlətimizin insan hüquqlarına ali dəyər kimi önəm verməsinin bariz təzahürü olduğunu bildirib.

Tədbirdə Konstitusiyada uşaq hüquqlarına dair maddələr haqqında geniş məlumat verilib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Tədbirin sonunda iştirakçılar tədbirin təşkilinə görə Müvəkkilə öz dərin təşəkkürlərini bildiriblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Liderlik Məktəbində Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib (FOTO) Liderlik Məktəbində Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib (FOTO) Liderlik Məktəbində Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib (FOTO) Liderlik Məktəbində Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib (FOTO)


Etiketlər:  Liderlik Məktəbində Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ