Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənni Çinarə Məlikzadə: “Onunla görüşə bilmədən ...” - FOTO

Müğənni Çinarə Məlikzadə: “Onunla görüşə bilmədən ...” - FOTO

Tarix: 23 Yanvar 2024 12:20

Müğənni Çinarə Məlikzadə yeni mahnısını təqdim edib.

Sonxeber.net olay-a istinadən bildirir ki, o, "Mən özüm gedərəm" adlı ifasına çəkilən klipi yayımlayıb. Sənətçi bildirib ki, mahnının sözləri Cəvahirə məxsusdur, musiqi prodüseri isə Afşin Azəridir. Bundan əlavə Məlikzadə açıqlama bölməsində yeni layihəsi ilə bağlı bunları yazıb:

"Bu mahnının klipini çəkəndə ağlıma gəlməzdi ki, dərdimi, sevincimi paylaşdığım tək dostum - atamın ölüm xəbərini eşidərəm. Sonuncu dəfə o gülən gözlərinə baxa bilmədim. Onunla görüşə bilmədən çıxıb getdi həyatımızdan".

Qeyd edək ki, Çinarənin atası Məlik bəy ötən ilin noyabrında metroda qəfil dünyasını dəyişmişdi.


Etiketlər:  Müğənni Çinarə Məlikzadə Onunla görüşə bilmədən FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ