Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bozun əlli çaları” filminin ulduzu xəstəxanaya yerləşdirildi - FOTO

“Bozun əlli çaları” filminin ulduzu xəstəxanaya yerləşdirildi - FOTO

Tarix: 23 Yanvar 2024 14:00

"Bozun əlli çaları" filmində baş rolu canlandıran aktyor Ceymi Dornan zəhərli tırtıl dişlədikdən sonra ürəktutmasından xəstəxanaya yerləşdirilib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, sənətçi dostu Qordon Smart ilə Portuqaliyada istirahət edirmiş. Qolf oynayarkən, onlar özlərini pis hiss ediblər. Dornanın əzalarında uyuşma baş verib və ürək tutması əlamətləri büruzə verib, Smartda isə sol qolunda "iynə batma" hissi yaranıb və onun ürək döyüntüləri artıb.

Aktyorun dostu bildirib ki, onun səhhətinin pisləşməsinə Portuqaliyanın cənubunda rast gəlinən kiçik zəhərli tırtılların dişləməsi səbəb olub. Onların tüklərində dərini, gözləri, boğazı qıcıqlandıran və ürək tutması yarada bilən "taumetopoin" maddəsi mövcuddur.


Etiketlər:  Bozun əlli çaları filminin ulduzu xəstəxanaya yerləşdirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ