Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real''dan unikal nailiyyət

''Real''dan unikal nailiyyət

Tarix: 23 Yanvar 2024 14:26

"Real Madrid" La Liqanın 21-ci turunun matçında "Almeriya" üzərində əzmkar qələbə qazanıb - 3:2.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu qələbə ilə "Real" doğma stadionu "Santiago Bernabeu"da 1000 matçda qalib gələn ilk La Liqa klubu olub. Jurnalist Pedro Martin X (keçmiş Twitter) sosial şəbəkəsində yazır ki, bundan əvvəl İspaniya çempionatında heç bir klub belə həddi aşa bilməyib.

"Valensiya" "Mestalya"da 906, "Barselona" isə "Kamp Nou"da 889 qələbə qazanıb.

Hazırda İspaniya Primerasında keçirilən 19 matçdan sonra "Real Madrid" 48 xalla ikinci pillədə qərarlaşıb. 20 oyundan sonra çempionatın lideri 49 xalı olan "Jirona"dır.


Etiketlər:  Realdan unikal nailiyyət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ