Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

HƏMAS-a aid binanı partlatmaq istəyən 21 israilli hərbçi öldü

HƏMAS-a aid binanı partlatmaq istəyən 21 israilli hərbçi öldü

Tarix: 23 Yanvar 2024 16:52

Qəzza zolağında hərbi əməliyyatlar zamanı 21 israilli hərbçi həlak olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari açıqlayıb.

Məlumata görə, İsrail ordusunun hərbçiləri Qəzza zolağında iki ikimərtəbəli binaya daxil olub və partlayıcı qurğular yerləşdirməyə başlayıb. Onlar terrorçulara məxsus obyektlərin dağıdılması çərçivəsində bu binaları partlatmağa hazırlaşıblar. 

Lakin HƏMAS üzvləri binanın yaxınlığında israilli hərbçiləri qoruyan tankı raketlə vurublar. Bu an sözügedən binalarda partlayış baş verib və hərbçilər dağıntılar altında qalıb. 

Ölkənin Baş naziri Benyamin Netanyahu 21 hərbçinin həlak olmasını müharibənin başlamasından bu yana ən ağır gün adlandırıb və onların yaxınlarına başsağlığı verib.

Milli.Az


Etiketlər:  HƏMAS a aid binanı partlatmaq istəyən 21 israilli hərbçi öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ