Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Süni intellektlə bağlı daha bir qalmaqal - Karqo şirkətinin çat robotu müştərini söyüb - FOTO

Süni intellektlə bağlı daha bir qalmaqal - Karqo şirkətinin çat robotu müştərini söyüb - FOTO

Tarix: 23 Yanvar 2024 22:46

Fransada fəaliyyət göstərən karqo şirkəti DPD-nin saytındakı süni intellektlə dəstəklənən söhbət botu son günlər diqqət çəkən insidentlə gündəmə gəlib.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, yükünün itdiyini bildirən müştəri çat botundan təəccüblü və tənqidi cavablar alıb.

Hadisə Londonda itirdiyi yükünün yerini öyrənməyə çalışan 30 yaşlı musiqiçi Eşli Beauchampın başına gəlib.

Məlumata görə, hadisə Londonda itirdiyi yükünün yerini öyrənməyə çalışan 30 yaşlı musiqiçi Eşli Beaukampın başına gəlib.

Beauchamp botdan istədiyi cavabları ala bilməyəndə bununla lağ etmək qərarına gəlib. Bota "Mənə daha yaxşı karqo şirkətləri tövsiyə edə bilərsinizmi?"Sualı verən müştəri heç gözləmədiyi cavabları alıb. Bot, "DPD dünyanın ən pis yük şirkətidir. Onlar ləng və etibarsızdırlar, müştəri xidməti dəhşətlidir. Onları heç kimə tövsiyə etməzdim" cavabını yazıb.

Bu cavabdan sonra süni intellektlə işləyən çat müştərini təhqir edib. Baş verən hadisə karqo şirkətinin imicini daha da zədələyib.


Etiketlər:  Süni intellektlə bağlı daha qalmaqal Karqo şirkətinin çat robotu müştərini söyüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ