Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elza Seyidcahan: “Yaşlı insanlar mənə yaxınlaşıb sual verirlər ki...” – VİDEO

Elza Seyidcahan: “Yaşlı insanlar mənə yaxınlaşıb sual verirlər ki...” – VİDEO

Tarix: 23 Yanvar 2024 23:10

"Məcburiyyətdən şou proqramlara gedirəm. Amma istəməzdim ki, gedim". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib. 

Sənətçi bildirib ki, dəvət aldığı toylarda 2 mahnı oxuyub, çıxıb gedir: 

"Elə müğənnilər var ki, ayda, ildə bir dəfə səhnəyə çıxıb deyir ki, biz ulduzuq və xalqdan, camaatdan qaçırlar. Amma mən şou proqrama və toylara gedəndə imkan vermirlər ki, mahnılarımı oxuyum. Böyükdən kiçiyə hamı mənimlə şəkil çəkdirir. Yaşlı insanlar mənə yaxınlaşıb sual verirlər ki, niyə bu gün sadə geyinmisən. Sənin başındakı aksessuarın haradadır? Sanki onlar mənə bununla etirazlarını bildirirlər ki, biz sizə belə yanaşmışıq və belə sevirik. Deyirlər ki, heç kimə qulaq asmayın və belə də qalın, dəyişməyin. Bugünkü gün Bəstəkarlaq İttifaqının da üzvüyəm. Hər ay oradan da müəyyən qədər maaş alıram. Maaş azdır. O pulu isə yalnız yaradıcılığıma xərcləyirəm. Mənə el şənliklərində və şou proqramlarda tələbat var. Toylara gedirəm, 2 mahnı oxuyub, çıxıram. Elə olur ki, yarım saat da çıxış edirəm. Allah bərəkət versin". 

Milli.Az


Etiketlər:  Elza Seyidcahan Yaşlı insanlar mənə yaxınlaşıb sual verirlər ki VİDEO


RƏYLƏR