Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəbələdə mövsümün rekordu reallaşdı

Qəbələdə mövsümün rekordu reallaşdı

Tarix: 23 Yanvar 2024 23:16

"Turan Tovuz"un futbolçusu Faiq Hacıyev Azərbaycan Premyer Liqasında mövsümün antirekorduna imza atıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi buna Qəbələdə "Kəpəz"ə 1:2 hesabı ilə uduzduqları XIX turun matçında nail olub.

9-cu dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılan Hacıyev çempionatda ən erkən meydandan qovulan oyunçudur.

Bunadək ən erkən qırmızı vərəqə VI turun "Zirə" - "Sumqayıt" oyununda (1:0) qeydə alınmışdı. Pyer Zebli 11-ci dəqiqədə paytaxt təmsilçisini azlıqda qoymuşdu.

Faiq Hacıyev həm də Premyer Liqanın PFL-in bayrağı altında keçirildiyi 2008-ci ildən indiyədək ən erkən qırmızı vərəqə görən azərbaycanlı futbolçu olub. Bu müddətdə yerli statusa malik futbolçulardan heç biri daha tez cəza almayıb.

Ümumilikdə isə Hacıyev PFL bayrağı altında təşkil olunan Premyer Liqada 3-cü ən erkən qırmızı vərəqənin müəllifidir. 2017/2018 mövsümündə iki legioner daha tez meydandan kənarlaşdırılıb.

"Kəpəz"in keçmiş üzvü Dedimar Fereyra 2017-ci il noyabrın 18-də "Səbail"lə ev matçının (2:3) 5-ci, "Zirə"nin sabiq futbolçusu Milan Duriç isə 2018-ci il mayın 12-də "Kəpəz"lə ev görüşündə (2:1) 9-cu dəqiqədə belə ağır cəza alıb. Ən erkən üç qırmızı vərəqənin hamısı Gəncə klubunun iştirak etdiyi görüşlərə təsadüf edib.

Milli.Az


Etiketlər:  Qəbələdə mövsümün rekordu reallaşdı


RƏYLƏR