Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir zamanlar küsülü olan əməkdar artistlər bir arada: "Elzanı incidənlər..." - VİDEO

Bir zamanlar küsülü olan əməkdar artistlər bir arada:

Tarix: 24 Yanvar 2024 18:15

Əməkdar artistlər Elza Seyidcahan və Mətanət İsgəndərli çəkilişlərin birində üz-üzə gəliblər.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, Mətanət İsgəndərili Elza Seyidcahanın ünvanına təriflər yağdırıb:
 
"İnsan kim olsur olsun, gərək özü olsun. Sən özünsən, necə varsan, eləsən. Özün qeyri adi olduğuna görə, musiqilərin də qeyri adidir. Mahnıların fantastikdir. Jurnalistlər dedi -qodu salmaq üçün hazırdır. Özümüz bir araya gəlib söhbət edəndə normal olur hər şey, heç kimin dedi-qodusunu eləmirik. Sən yaxşı söz desən də ona başqa don geyindirib yazanlar var. Ona görə də sözümüz olanda telefonumuz var, səhifələrimiz var. Sözümüzü ordan deyərik. Elzanı incidən insanlar, ümumiyyətlə insan deyil".

Qeyd edək ki, əməkdar artistlərin arasında bir zamanlar qalmaqal yaşanmışdı. Onların küsülülüyünə səbəb  Mətanət İsgəndərlinin qızının toyunda mahnı ifa etmək üstündə yaranan anlaşılmazlıq olub. Belə ki, Elza, İsgəndərlinin övladının toyunda heç kimə oxumağa imkan vermədiyini deyərək ondan incidiyini dilə gətirmişdi.

Milli.Az


Etiketlər:  Bir zamanlar küsülü olan əməkdar artistlər bir arada Elzanı incidənlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ