Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2024 15:10
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yeni sədri, Maltanın xarici işlər naziri Yan Borq gələn həftə Kiyevə səfər edəcək.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Borq bu barədə məlumatı ATƏT Daimi Şurasında çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, səfərdə məqsəd təşkilatın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini nümayiş etdirməkdir.
Borq, həmçinin qeyd edib ki, ATƏT-in Ukraynada açar rol oynamalı olduğunu hesab edir.