Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2024 06:36
Pentaqon rəhbəri Lloyd Ostin xəstəxanadan evə buraxıldıqdan sonra tam ştatda işinin başına qayıtmayıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx brifinqdə bildirib.
O bildirib ki, Ostin işə qayıdan kimi bu barədə mətbuata məlumat veriləcək.
Qeyd edək ki, yanvarın 1-də Uolter Rid Milli Tibb Mərkəzinə yerləşdirilmiş ABŞ-ın müdafiə naziri bir neçə gün sonra evə buraxılmışdı.
Ostinin prostat xərçəngindən müalicə aldığı bildirilir.