Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna desantlarını daşıyan qayıq batırıldı

Ukrayna desantlarını daşıyan qayıq batırıldı

Tarix: 26 Yanvar 2024 06:46

Son 24 saat ərzində Rusiya qoşunları Xerson vilayətində Dnepr çayının sol sahilində Ukrayna qoşunlarının desant bölmələrinə hücumlar edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Vladimir Saldo deyib.

"Artilleriyaçılar üç müvəqqəti yerləşdirmə məntəqəsini, iki müşahidə məntəqəsini, iki anbarı, bir minaatanı məhv ediblər. Eyni zamanda, desant qüvvələrini daşıyan bir qayıq batırılıb", - Saldo vurğulayıb.

O, ümumilikdə Ukrayna hərbçilərinin 60-a yaxın itki verdiyini bildirib.

Milli.Az


Etiketlər:  Ukrayna desantlarını daşıyan qayıq batırıldı


RƏYLƏR