Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bred Pitt və yeni sevgilisi valideyn olmaq qərarına gəldi - FOTOlar

Bred Pitt və yeni sevgilisi valideyn olmaq qərarına gəldi - FOTOlar

Tarix: 27 Yanvar 2024 03:04

Hollivud aktyoru Bred Pitt və fitnes məşqçisi İnes de Ramon valideyn olmaq qərarına gəliblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı məşhur insayder məlumat yayıb.

"Bredlə İnesin münasibətləri həqiqətən ciddiləşib. İnes onun yaşadığı evə köçüb və onlar uşaq sahibi olmaq istəyirlər. İnes tam uyğun yaşdadır. Bred onun yaşındakı əksər kişilərdən daha yaxşı formadadır. Onlar bir-birlərinə sadiqdirlər və bütün vaxtlarını birlikdə keçirirlər", - deyə insayder bildirib.

Xatırladaq ki, 2022-ci ilin noyabrında ilk dəfə Bred Pitt və İnes de Ramonun sevgili olduqları barədə şayiələr yayılmışdı. Cütlük Bononun Los-Ancelesdəki konsertində, daha sonra isə aktyorun yeni "Babil" filminin premyerasında görüntülənib.

Qeyd edək ki, Bred Pittin yeni sevgilisi diyetoloq, fitnes məşqçisi və zərgərlik dizayneridir. O, məşhurlar cəmiyyətinə "The Vampire Diaries" filminin aktyoru Pol Uesli ilə evliliyi sayəsində daxil olub.

Milli.Az


Etiketlər:  Bred Pitt yeni sevgilisi valideyn olmaq qərarına gəldi FOTOlar


RƏYLƏR