Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa paytaxtlarında panika: Rus ordusu sürətlə...

Avropa paytaxtlarında panika: Rus ordusu sürətlə...

Tarix: 27 Yanvar 2024 08:14

Rusiya ordusunun yenidən silahlanmasının sürətli tempi səbəbindən Avropa Birliyinin Ukrayna Silahlı Qüvvələrini lazımi miqdarda texnika ilə təmin etməyə vaxtı yoxdur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın "Les Echos" qəzeti yazıb.

"Avropa paytaxtlarında bir az panika hiss olunur. Aydın idi ki, Ukraynaya ilkin fövqəladə yardım yenidən strukturlaşdırılmalı və daha dayanıqlı, uzunmüddətli əsaslara qoyulmalıdır. Lakin nəzərə alsaq ki, Rusiyanın yenidən silahlanması gözlənildiyindən daha sürətlə gedir, keçid dövrü üçün müəyyən edilmiş vaxt çərçivəsini azaltmaq lazımdır", - məqalədə bildirilib.

Qeyd olunub ki, Avropanın silah istehsalını artırmaq səyləri xaotik və qeyri-müntəzəm olaraq qalır və ABŞ Kiyevi dəstəkləməkdən imtina edərsə, bu, ciddi nəticələrə səbəb ola bilər.

Milli.Az


Etiketlər:  Avropa paytaxtlarında panika ordusu sürətlə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ