Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xoşqədəm Doğuşun toy qonorarını AÇIQLADI

Xoşqədəm Doğuşun toy qonorarını AÇIQLADI

Tarix: 27 Yanvar 2024 14:25

Aparıcı Xoşqədəm Hidayətqızı müğənni əri Doğuşla bağlı efirdə gözlənilməz açıqlama verib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, Xoşqədəm aparıcısı olduğu "Günaydın, Azərbaycan!" verilişində bildirib ki, həyat yoldaşı ucuz qiymətə toy məclislərinə getmir. 

"Danışacağım söhbət Doğuşun qatıldığı toy və tədbirlərdən aldığı qonorarın, yəni pulun miqdarından gedir. Bu gün hamının pula ehtiyacı var. Eləcə də bizim. Doğuş deyir ki, həyatı boyu ac qalaram, amma sənətimi ucuza satmaram. Mən olsam, ucuz qiymətə də toylara gedərəm. Fikirləşirəm ki, o ruzidir, Allah onu mənə verib. Ruzini isə geri qaytarmaq olmaz. Bu gün 5 manat aşağı, sabah 10 manat yuxarı pul qazanaram. 

Amma Doğuş elə düşünmür. O deyir ki, küçələrdən əziyyətlə bu mərhələyə gəlib çatmışam. Ac olsam da, sənətimi heç zaman ucuza satmaram. Sənətimi bu dərəcədə ucuz qiymətləndirənlərin məclisinə gedib, oxumaram".

Qeyd edək ki, Xoşqədəm və Doğuş cütlüyünün Arın və Arda adlı əkiz övladı var. 

Milli.Az


Etiketlər:  Xoşqədəm Doğuşun toy qonorarını AÇIQLADI


RƏYLƏR