Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2019 13:36
“Atletiko”nun zədəli futbolçusu Şime Vrsalko sağalıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi artıq komanda ilə birgə məşqlərə başlayıb. Dizindəki zədəyə görə bu ilin fevralında əməliyyat olunan Vrsalko, 9 ay sonra yaşıl meydanlara qayıdıb.
Qeyd edək ki, 2016-cı ildən "Atletiko"da çıxış edən xorvatiyalı müdafiəçinin Madrid klubu ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.