Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Belə insanlara meydan verilməməlidir” - Aysel KİMİ HƏDƏFƏ ALDI?

“Belə insanlara meydan verilməməlidir” - Aysel KİMİ HƏDƏFƏ ALDI?

Tarix: 28 Yanvar 2024 19:05

"Təəssüflər olsun ki, bu gün qeyri-pesəkar aktirsalar, savadsız aparıcılar, səsi olmayan müğənnilər efirləri zəbt edib".

Sonxeber.net xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı aktrisa və teleaparıcı Aysel Nazim yenicag.az-a açıqlamasında deyib.

Aysel kimlərinsə himayəsi altında sənətə gələn təsadüfü insanlarla bağlı sərt fikirlər səsləndirib:

"Təəssüflər olsun ki, bu gün qeyri-pesekar aktirsalar, savadsız aparıcılar, səsi olmayan müğənnilər efirləri zəbt edib. Çünki onları irəli çəkən önəmli şəxslər var. Onlar üçün irəli çəkdikləri həmin adamların savadı, bilgisi, istedadı və bacarığının olması maraqlı deyil. Təki özəl istəklərini və tələblərini yerinə yetirsinlər.

Baxırsan film və seriallar təbiilikdən uzaq, şişirdilmiş, sağa-sola əyilmiş dodaqlar, dartılmış qaşlar, sifətlər...  Üzlərində, gözlərində heç bir emosiya ifadə olunmur. Yalnız sözlərdən anlamaq olur ki, nə demək istəyir. Sifət o qədər dartılıb ki, nə gülə bilir, nə ağlaya...  Adını aktrisa qoyan, sənətə təsadüfən düşən bu insanlar eybəcər danışıqları, plastik əməliyyatlarla gündə bir formaya saldıqları iyrənc bədənlərini gözə soxaraq özlərini də gözdən salırlar. Belə insanlara meydan verilməməlidir. Onlar sənət adına ləkədir. Televiziya xalqın simasıdır, bu şəxslər heç vaxt sima ola bilməz. Belələri örnək, nümunə deyil. Onları qəbul etdirməyə, sevdirməyə çalışmayın. Belə yanlış insanları təbliğ etməklə, doğru insanları da düz yoldan uzaqlaşdırırlar. İstər aparıcı olsun. Istərsə də aktrisa, aktyor... Belələri televiziyada aparıcısı olduqları proqramların, rol aldıqları serial və filmlərin səviyyəsini aşağı salır.

Elə bunun nəticəsidir ki, kimdən soruşursan deyir, yerli kanalları izləmirəm, yerli film və seriallara baxmıram. Təbii ki, aralarında bir neçə maraqlı seriallar var, amma bunu hamısına şamil etmək olmaz. İzləyicini ekrana kilidləmək üçün maraqlı, səviyyəli, keyfiyyətli verilişlər və seriallar olmalıdır. O halda, haqlı tənqidlərə də yer qalmaz".


Etiketlər:  Belə insanlara meydan verilməməlidir Aysel KİMİ HƏDƏFƏ ALDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ