Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mələkxanımın bloger qızından atası ilə bağlı PAYLAŞIM - FOTO

Mələkxanımın bloger qızından atası ilə bağlı PAYLAŞIM - FOTO

Tarix: 28 Yanvar 2024 19:40

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə polkovnik Xosrof Nəcəfovla bağlı diqqət çəkən paylaşım edib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, valideyni ilə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Nəzrin onun ad günü olduğunu yazaraq, təbrik edib.

"Bu gün canım atamın doğum günüdür. O qədər yazacaq, deyəcək sözlərim var ki, bura sığmaz. Nə yaxşı ki, sən mənim atamsan. Allah səni bizə çox görməsin".

Qeyd edək ki, M. Eyubovanın həyat yoldaşı Xosrof Nəcəfov Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının komandir müavini olub. Polkovnik-leytenant olan Nəcəfov bir neçə il əvvəl polkovnik rütbəsi alıb.

Milli.Az


Etiketlər:  Mələkxanımın bloger qızından atası ilə bağlı PAYLAŞIM FOTO


RƏYLƏR