Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

KAAN 2070-ci ilə qədər Hərbi Hava Qüvvələrinin inventarında qalacaq

KAAN 2070-ci ilə qədər Hərbi Hava Qüvvələrinin inventarında qalacaq

Tarix: 29 Yanvar 2024 17:32

Türkiyə müdafiə sənayesinin ən böyük və strateji layihələrindən biri olan Milli Döyüş Təyyarəsi KAAN-nın, 2070-ci illərə qədər Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının inventarında olması nəzərdə tutulur.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, Beşinci nəsil çoxməqsədli döyüş təyyarəsi olan KAAN həm hava, həm də yer döyüşünün tələbləri üçün üstün imkanlar təqdim edir. Türk Aerokosmik Sənayesinin güclü və çevik platforması olan KAAN, ağıllı və güclü döyüş qabiliyyəti ilə əsl döyüşçüdür.

Beşinci nəsil döyüş təyyarələrinin malik olması lazım olan imkanlar və avadanlıqlar nəzərə alınmaqla, pilotun iş yükünü minimuma endirmək üçün KAAN kokpit dizaynı təkmilləşdirilir. Dizayn prosesi zamanı pilotun fiziki, koqnitiv və ətraf-mühit amilləri nəzərə alınmaqla pilotun situasiya şüurunu artıracaq kokpit mühiti hazırlanır.

Milli Döyüş Təyyarəsi KAAN ilk uçuşunu martın sonuna qədər edəcək.

Qeyd edək ki,Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

2023-cü il mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən "İstikbalin Yüzyılı" proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Milli.Az


Etiketlər:  KAAN 2070 ci ilə qədər Hərbi Hava Qüvvələrinin inventarında qalacaq


RƏYLƏR