Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cem Karacanın filmi yayımdan qaldırıldı

Cem Karacanın filmi yayımdan qaldırıldı

Tarix: 30 Yanvar 2024 06:28

Türkiyəli sənətçi Cem Karacanın həyat hekayəsindən bəhs edən "Cem Karacanın Gözyaşları" filminin yayımı dayandırılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin həyat yoldaşı İlkim Karacanın nümayişdən çıxarılması və alacağı müəllif hüquqları ilə bağlı açdığı məhkəmə qərar çıxarıb. Bu qərara əsasən filmin yayımı dayandırılıb.

Qərardan sonra mətbuata açıqlama verən kinoşirkətin vəkili nümayişlərin davam edəcəyini bildirib.

Karacanın oğlu Emrah Karaca qərardan sonra mətbuata açıqlama verərək çox üzgün olduğunu bildirib və filmin nümayişinə növbəti aylarda yenidən davam edəcəklərini açıqlayıb.

Emrah Karaca filmin yayımlandığı həftə belə bir problemlə qarşılaşdıqlarından kədərləndiklərini ifadə edərək "İddiaçı atamın sonuncu həyat yoldaşıdır. O, həm də miras hüququ ilə ona keçən hüquqların dörddə birinin sahibidir. Sənətkarın ən böyük mirası əsərləridir. 2018-ci ilə qədər davam edən bir məsələ var. Orada ortaqlıq var idi. Bu ortaqlıq atamın mahnıları ilə bağlı idi. 2018-ci ildə hüquqlarını özünün "All Stars Music" şirkətinə satdı" sözlərini deyib.

Milli.Az


Etiketlər:  Cem Karacanın filmi yayımdan qaldırıldı


RƏYLƏR