Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zalujnı vəzifədən çıxarılsa, nələr baş verə bilər?

Zalujnı vəzifədən çıxarılsa, nələr baş verə bilər?

Tarix: 30 Yanvar 2024 09:22

Əgər Zalujnı hakimiyyət uğrunda mübarizə aparmaq istəsə, uğur qazana bilər, çünki onu çoxlu hərbçi və mülki vətəndaş dəstəkləyir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu "dxr"in separatçı başçısının müşaviri Yanq Qagin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnının istefası ilə bağlı yayılan xəbəri şərh edərkən deyib.

Y.Qagin Zalujnının vəzifədən gedəcəyi təqdirdə hərbi çevrilişin baş vermə ehtimalının yüksək olduğunu vurğulayıb:

"İstisna etmirəm ki, indi hakimiyyət uğrunda hansısa mübarizə aparıla bilər və bu, sadəcə olaraq, bu istefa ilə qızışdırıla bilər".

Qeyd edək ki, ötən gün Ukraynanın Teleqram kanallarında və bəzi Rusiya saytlarında Valeri Zalujnının işdən çıxarıldığı, ona Avropa ölkələrindən birində səfir vəzifəsi təklif edildiyi və bundan imtina etdiyinə dair xəbərlər yayılmışdı.

Ukrayna Müdafiə Nazirliyi və Zelenskinin mətbuat katibi Zalujnının istefa xəbərini təkzib edib.


Etiketlər:  Zalujnı vəzifədən çıxarılsa nələr baş verə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ