Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi “İnter Mayami”nin yeni mövsüm üçün formasını təqdim etdi - FOTO

Messi “İnter Mayami”nin yeni mövsüm üçün formasını təqdim etdi - FOTO

Tarix: 30 Yanvar 2024 11:32

Argentinalı hücumçu Lionel Messinin çıxış etdiyi Amerikanın "İnter Mayami" futbol klubu rəsmi saytında komandanın 2024-cü ildə geyinəcəyi yeni ev formasını təqdim edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, yeni forma Cənubi Floridada yerləşən klubun ikili təmsilçiyini özündə ehtiva edir. "İnter Mayami", Mayami və Fort Lauderdaledə yerləşir. Forma çəhrayı və qara rənglərdənibarətdir. Köynənin ön tərəfində də tac və lövbər var.

Ötən mövsüm "İnter Mayami" 34 xalla Şərq Konfransının turnir cədvəlində 14-cü yeri tutmuşdu. Komanda turnirin pley-off mərhələsinə yüksələ bilməyib.

MLS-in yeni mövsümü fevralın 22-də başlayır. Mövsümün ilk oyununda "İnter Mayami" "Real Solt Leyk"lə qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Messi İnter Mayaminin yeni mövsüm üçün formasını təqdim etdi FOTO


RƏYLƏR