Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2024 13:48
İordaniyadakı Amerika hərbi bazasına hücum və hərbçilərin ölümü ilə bağlı Ağ Evdə keçirilən iclasdan sonra Prezident Co Bayden komandasının üzvləri ilə fotosunu dərc edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
"Bu gün milli təhlükəsizlik komandamın üzvləri əməliyyat otağında İordaniyanın şimal-şərqində ABŞ hərbçilərinə hücumla bağlı mənə məlumat verdilər. Dediyim kimi, biz seçdiyimiz vaxtda və istədiyimiz vasitələrlə bütün günahkarları məsuliyyətə cəlb edəcəyik", - ABŞ Prezidenti paylaşımında qeyd edib.
"Blumberq" isə yazıb ki, Amerika administrasiyası İrana qarşı gizli hərbi əməliyyat keçirməyi planlaşdırır.
Qeyd edək ki, 28 yanvarda ABŞ-ın İordaniyadakı bazasına PUA hücumu nəticəsində 3 amerikalı əsgər ölüb, 34 hərbçi yaralanıb. Hücumun məsuliyyətini İraqdakı İrana bağlı "Ən-Nücəba" qruplaşması öz üzərinə götürüb.