Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Whatsapp”la bağlı xəbərdarlıq edildi - RƏSMİ

“Whatsapp”la bağlı xəbərdarlıq edildi - RƏSMİ

Tarix: 30 Yanvar 2024 17:08

"Hazırda vətəndaşların "Whatsapp" hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Bu isə öz növbəsində təhlükəsizliklə bağlı tədbirlərin görülməsini zəruri edir".

Sonxeber.net xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin "Whatsapp"la bağlı xəbərdarlığında deyilir.

"Qeyd olunanları nəzərə alaraq "Whatsapp" hesabınızın təhlükəsizliyi ilə bağlı paylaşımda qeyd olunan təlimatlara riayət etməyinizi, belə hallarla qarşılaşdıqda 1654 Qaynar Xətti ilə əlaqə saxlamağınızı və ya [email protected] e-poçt ünvanına müraciətinizi ətraflı şəkildə (ad, soyad, əlaqə vasitəsi, müvafiq ekran görüntüsü və s. kimi məlumatları da daxil etməklə) qeyd etməyinizi xahiş edirik", - məlumatda bildirilir.


Etiketlər:  Whatsappla bağlı xəbərdarlıq edildi RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ