Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Atatürk “olmaq” üçün belə makiyaj ediblər - VİDEO

Atatürk “olmaq” üçün belə makiyaj ediblər - VİDEO

Tarix: 31 Yanvar 2024 06:42

Xəbər verdiyimiz kimi, aktyor Yiğit Özşener Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyatından bəhs edən filmdə baş rolu ifa edəcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Atatürkü canlandıracaq aktyorun makiyajının hazırlanması (heykəltəraşlıq texnikası ilə qəlib hazırlamaq, rəngləmək, aksesuarların tamamlanması) üzərində 6 həftə çalışılıb. Bunun üçün Tehrana gedən komanda makiyaj ustası Babak Eskandari ilə əməkdaşlıq edib. Bunun ardınca makiyajın aktyorun üzərində tətbiq edilməsi isə 5 saat davam edib.

Qeyd edək ki, ekran işinin adı "Zaferin rengi"dir. Film 2024-cü ildə izləyicilərə təqdim olunacaq.

Birce Akalay "Halide Edip Adıvar", Kubilay Aka "Peyker", Nejat İşler "Sabri Toprak", Timuçin Esen "Topkapılı Cambaz", Gonca Vuslateri "Vera" obrazları ilə izləyicilərin qarşısına çıxacaq.

Yiğit hazırda "Şahane hayatım" serialında rol alır.

Milli.Az


Etiketlər:  Atatürk olmaq üçün belə makiyaj ediblər VİDEO


RƏYLƏR