Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2024 14:34
"Aygüllə münasibətlərimizdə ciddi bir problem olmayıb".
Sonxeber.net bildirir ki, bunu Oxu.Az-a açıqlamasında itkin düşən Hacıqabul rayon sakini Aygül Soltanovanın həyat yoldaşı Rövşən Soltanov deyib.
Onun sözlərinə görə, ciddi mübahisələri olmayıb:
"Söz-söhbətsiz ailə olmur. Amma elə ciddi bir problemimiz olmayıb. Yanvarın 12-də Aygülün ad günü idi deyə məndən hədiyyə istəmişdi. Dedim ki, maaşı ayın 15-i alacağam. Cavabım xoşuna gəlmədi və hirslə: "Sən indi sabah məni evdə taparsan", - dedi. Fikir vermədim. Düşündüm ki, qadındır, əsəbiləşib. Ayın 13-ü səhər saat yeddidə işə getmişəm, uşağın dediyinə görə, mənim ardımca da paltarlarını yığıb o çıxıb gedib. Bu günə kimi heç bir xəbər ala bilmirik".
Rövşən Soltanov qeyd edib ki, bu, həyat yoldaşının acıq edərək, evdən birinci gedişi deyil. Bundan əvvəl həm Hacıqabuldakı qohumlarından birigilə, həm də Bakının Digah kəndində yaşayan qardaşıgilə gedib.
-------
13:14
Hacıqabul rayon sakini 1990-cı il təvəllüdlü Soltanova Aygül Əzizağa qızı itkin düşüb
Bu barədə Sonxeber.net-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Hacıqabul rayon sakini, 1990-cı il təvəllüdlü Soltanova Aygül Əzizağa qızı yanvarın 13-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
A.Soltanovanın əlamətləri belədir: boyu 155 sm., kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman əynində qara rəngli plaş, qara şalvar və idman ayaqqabısı olub.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur".