Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldusuz “Ən-Nəsr” Messili “İnter Mayami”ni darmadağın etdi - VİDEO

Ronaldusuz “Ən-Nəsr” Messili “İnter Mayami”ni darmadağın etdi - VİDEO

Tarix: 2 Fevral 2024 00:56

Səudiyyə Ərəbistanında yerli "Ən-Nəsr"lə ABŞ-nin "İnter Mayami" klubu arasındakı yoldaşlıq görüşü qonaqların darmadağını ilə bitib.  

Ərəb komandası rəqibinin qapısından düz 6 cavabsız qol keçirib - 6:0.  

Oyunda Taliska het-trikə (10, 51p., 76) imza atıb. Onunla yanaşı Otavio (3), Laporte (12), Marran (68) fərqləniblər. 
Qeyd edək ki, zədə səbəbindən "Ən-Nəsr"in heyətində Kriştianu Ronaldu görüşdə iştirak etməyib. "İnter Mayami"də isə Lionel Messi yalnız qarşılaşmanın 83-cü dəqiqəsində meydançaya çıxıb. 

Milli.Az


Etiketlər:  Ronaldusuz Ən Nəsr Messili İnter Mayamini darmadağın etdi VİDEO


RƏYLƏR