Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən yaşlı videobloqeri o oldu

Dünyanın ən yaşlı videobloqeri o oldu

Tarix: 2 Fevral 2024 06:54

Çinli təqaüdçü dünyanın ən yaşlı videobloqeri olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, internetdə "Yanq baba" (Grandpa Yang) kimi tanınan 88 yaşlı Yanq Binqlin dünyanın ən yaşlı videobloqeri kimi Ginnesin Rekordlar Kitabına düşüb. Təqaüdçünün sosial şəbəkələrdə onun yeniliklərini izləyən 280 minə yaxın izləyicisi var.

Kişi 1998-ci ildə təqaüdə çıxandan sonra video oyunlarla məşğul olmağa başladığını söyləyib. O vaxtdan bəri o, gündə üç saatdan altı saata qədər vaxtını sevimli hobbisinə həsr edir.

Yanın həyat yoldaşı onun hobbisini dəstəkləyir, hətta bəzən onunla oynayır. Bundan əlavə, Binqlin nəvələrini və digər ailə üzvlərini videooyun dünyası ilə tanış edib.

Çinli rekordçu olmasına və şəxsiyyətinə daha çox diqqət çəkməsinə şaddır.

"Bədənim oynaya bildiyi müddətcə, mən həmişə oynayacağam", - o bildirib.

Milli.Az


Etiketlər:  Dünyanın yaşlı videobloqeri oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ