Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bred Pitt Tarantinonun filmində baş rolda çəkiləcək

Bred Pitt Tarantinonun filmində baş rolda çəkiləcək

Tarix: 2 Fevral 2024 22:05

Bred Pitt Tarantinonun "Kinotənqidçi" filmində baş rolda çəkiləcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Pitt üçün bu film Kventin Tarantino ilə üçüncü işi olacaq.

Əvvəllər aktyor "Şərəfsiz əclaflar" və "Bir zamanlar Hollivudda" filmlərində rol alıb.

Rejissorun sayca 10-cu işi olan bu filmdə hadisələr 1970-ci illərdə Los-Ancelesdə cərəyan edəcək. Baş qəhrəman porno jurnalda dərc olunan kino haqqında köşə yazılarının müəllifi olacaq.

Tarantino bildirib ki, qəhrəmanı realdır, o, yeniyetmə ikən resenziyalarını oxuduğu müəllifindən ilham alıb.

Milli.Az


Etiketlər:  Bred Pitt Tarantinonun filmində baş rolda çəkiləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ