Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Taksi sürücüsü müəlliməni küçənin ortasında güllələdi

Taksi sürücüsü müəlliməni küçənin ortasında güllələdi

Tarix: 3 Fevral 2024 09:36

İstanbulun Kartal rayonunda uşaq bağçasında ingilis dili müəllimi işləyən Britaniya vətəndaşı Keti Erorbay taksi sürücüsü Mustafa G. tərəfindən tapança ilə öldürülüb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Hadisə dünən saat 15.30 radələrində Orhantəpə məhəlləsində baş verib.

Məlumata görə, Erorbay bağçadan çıxaraq maşınına minib. Bu zaman Mustafa G. taksi ilə Erorbayın maşınına yaxınlaşaraq müəllimi zorla maşından endirməyə çalışıb.

Avtomobilindən düşmək istəməyən Erorbay ilə taksi sürücüsü Mustafa G arasında mübahisə yaranıb.

Daha sonra Mustafa G. yanında olan silahla Erorbaya atəş açıb. Açılan atəş nəticəsində Keti Erorbay qan içində yerə yıxılıb.

Hadisədən sonra Mustafa G. müəllimi vurduğu silahla intihara cəhd edib. Əraziyə polis və tibb qrupları cəlb edilib.

Hadisə yerində Erorbaya ilkin tibbi yardım göstərən sağlamlıq qrupları müəlliminin öldüyünü müəyyən edib.  Mustafa G. təcili yardımla xəstəxanaya aparılıb.

İlkin məlumatlara görə, həyatını itirən Keti Erorbayın Hakan Erorbayla evli olduğu və evliliklərindən bir uşaqları var.

Taksi sürücüsü Mustafa G.-nin mərhum müəllimə ilə maraqlandığı və onu narahat etmək üçün dərsdən sonra tez-tez bağçaya getdiyi qeyd edilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az


Etiketlər:  Taksi sürücüsü müəlliməni küçənin ortasında güllələdi


RƏYLƏR