Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2019 22:24
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Bavariya"ya qayıda bilər.
Qol.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb. Bildirilir ki, 48 yaşlı mütəxəssis və ailəsinin Mançesterdə yaşamağa uyğunlaşmaqda çətinlik çəkirlər. Onların İspaniyadan sonra Almaniyanı öz evləri kimi gördükləri vurğulanıb. Bundan başqa, Qvardiolanın Münhendə evinin qaldığı yazılıb.
Nəşr yazıb ki, "Bavariya" bu mövsümün sonuna kimi Qvardiolanı gözləməyə razıdır. Klubun ona uzunmüddətli müqavilə təklif etməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, Niko Kovaçın istefaya göndərilməsindən sonra "Bavariya"da baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Hans-Diter Flik yerinə yetirir.
Xatırladaq ki, Qvardiola 2013-2016-cı illərdə Bundesliqa təmsilçisini çalışdırıb.