Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quran məzarlığı: köhnə kitabları nə edirlər?

Quran məzarlığı: köhnə kitabları nə edirlər?

Tarix: 3 Fevral 2024 20:40

Hər il dünyada milyonlarla Quran kitabı nəşr olunur. Dini inanclara görə, müsəlmanlar üçün müqəddəs sayılan bu kitablara xüsusi diqqət və hörmətlə yanaşılır. Quranı hara gəldi qoymaq olmaz, onu təmiz yerdə oxumaq, oxumazdan öncə dəstəmaz almaq tələb olunur.

Bəs köhnəlmiş "Quran" kitabları necə olur?

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, İslam qaydalarına görə, çox köhnəlib, ələ alınmaz hala düşmüş Quran kitablarını təmiz bir parçaya büküb təmiz yerdə torpağa basdırmaq lazımdır.

Paksitanda isə 40 il öncə "Quran" məzarlığı yaradılıb. Burada 2,5 milyon ədəd müqəddəs kitab dəfn edilib.  

Belucistan vilayətində, Kvetta şəhəri yaxınlığında Cabel Əl Nur dağında uzunluğu 10 kilometr olan yeraltı tunellər qazılıb. Bu tunel və mağaralarda təmiz kisələrə doldurulmuş köhnə dini kitablar saxlanılır.

Söhbət təbii ki, əlyazma sayılan tarixi əsərlərdən getmir. Nəşriyyat tərəfindən dərc edilən, lakin köhnəlib istifadəyə yararsız hala düşmüş kitablar Nur dağı altında bu şəkildə dəfn olunur.


Etiketlər:  Quran məzarlığı köhnə kitabları edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ