Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2024 04:06
Bu dəfə Sirenomelia olaraq da bilinən "su pərisi" sindromunun nə olduğu barədə məlumat verəcəyik. Sindromun özü təəssüf ki, adı qədər şirin deyil. Yeni doğulmuş körpələrdə müşahidə olunan və çox ciddi nəticələrə səbəb ola bilən bu sindromlu körpələr cəmi 24 saat yaşaya bilir.
Sonxeber.net sfera.az-a istinadən bildirir ki, "su pərisi" sindromu körpələrin ayaqları bitişik doğulduğu zaman baş verir.
Görünüşdə su pərilərinə bənzəyən körpələr olduqca nadir doğulur. Dünyada bu sindromla doğulan cəmi 300-ə yaxın körpə müəyyən edilmişdir.
Sirenomelia sindromu olan körpələrdə sidik kisəsi, böyrək və anusun inkişaf etmir, bundan əlavə, onurğa və sümük sisteminin deformasiyaları, daxili və xarici cinsiyyət sisteminin qüsurları müşahidə olunur.
Sizə 3-cü övladına hamilə olan və ağrılar səbəbindən təcili keysəriyyə əməliyyatı ilə 28-ci həftədə doğulan 41 yaşlı ananın körpəsi ilə tanış edək.
Doğuşdan əvvəl heç bir xəstəlik diaqnozu qoyulmayan və həyat yoldaşı ilə qohumluq əlaqəsi olmayan qadının müntəzəm müayinələrdə keçən hamiləliyi olub.
Ananın şəkər xəstəsi olduğu müəyyən edilib və qadında qanda şəkərin nizamsızlığı da müşahidə olunub.
Qeysəriyyə əməliyyatı ilə doğulan körpədə tənəffüs və qan dövranı problemləri yaranıb.
Qısa boynu, dar qabırğası, cinsiyyət nahiyəsinin olmaması, bir ayağı və 9 barmağı ilə doğulan körpə yenidoğulmuşların reanimasiya şöbəsinə yerləşdirilib və müalicəsinə başlanılıb.
Su pərisi sindromlu körpələrin əksəriyyətinin böyrək və sidik kisəsi kimi orqanlarının öz funksiyalarını yerinə yetirə bilmədiyi üçün 24-48 saat ərzində öldüyü müəyyən edilmişdir.
41 yaşlı ananın da körpəsi böyrəkləri, sidik kisəsi və sidik axarları olmadığından dünyasını dəyişib.
Nadir görülən və ölümlə nəticələnən "su pərisi" sindromunda hamiləliyin erkən mərhələlərində diaqnoz qoyulan ağır hallarda hamiləliyin dayandırılması məsləhət görülür.
Bunun qarşısını almaq üçün hamiləlik dövründə müntəzəm təqib və xüsusilə qanda qlükoza səviyyəsinin tənzimlənməsi tövsiyə olunur.