Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

3500-lük meymun “ordu”su Tayland şəhərini ələ keçirdi

3500-lük meymun “ordu”su Tayland şəhərini ələ keçirdi

Tarix: 4 Fevral 2024 14:54

3500 uzunquyruqlu meymundan ibarət "ordu" Taylandın Lopburi şəhərini ələ keçirərək, onun iqtisadiyyatı və sakinləri üçün təhlükə yaradıb.  

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, heyvanlar məşhur yerli məbəddə toplaşaraq turistlər üçün cəlbedici olsalar da, onların aqressiv davranışları indi səyahətçiləri qorxudur və yerli sakinlər üçün problemlər yaradır. 

Turistlərin sayının azalması və xarici investorların, xüsusən də çinlilərin ölkəni tərk etməsi xəyal şəhərə çevrilə biləcək Lopburidə kommersiya böhranına gətirib çıxarıb.  

Lopburi Ticarət Palatasının səlahiyyətliləri meymunlardan qorunma qanununu nəzərdən keçirməyə çağırırlar. Mövcud tədbirlər, o cümlədən sterilizasiya kampaniyası onların sayını əhəmiyyətli dərəcədə azalda bilməyib. 

Milli.Az


Etiketlər:  3500 lük meymun ordusu Tayland şəhərini ələ keçirdi


RƏYLƏR